...

Kamal Abdulla: Azərbaycan multikulturalizmi model kimi multikulturalizm ənənələrindən uzaqlaşan ölkələr üçün örnəkdir

Cəmiyyət Materials 22 Yanvar 2016 10:42
Azərbaycan multikulturalizmi bir model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir.
Kamal Abdulla: Azərbaycan multikulturalizmi model kimi multikulturalizm ənənələrindən uzaqlaşan ölkələr üçün örnəkdir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan multikulturalizmi bir model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın multikulturalizm modeli işləkdir: "Bu model dostlarımızı sevindirir, bədxahlarımızı qıcıqlandırır".

K.Abdulla deyib ki, Azərbaycan multikulturalizmi dünya üçün nümunədir: "Ölkənin multikulturalizminə olan maraq Azərbaycanın dünyada tarixi, örnək dəyərlərə malik olan ölkə kimi tanıdılmasının nəticəsidir".

K.Abdulla bu gün Azərbaycanda bütün din nümayəndələrinin sərbəst olduğunu, multikulturalizm ənənələrinin Azərbaycan Prezidentinin söylədiyi kimi, həmişə yaşayacağını da söyləyib: "Bu gün Azərbaycanda hansısa bir yəhudinin yanından keçən azərbaycanlı ona nifrət və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır. Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən əl çəkib. Amma Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti