...

Tikinti layihələri ilə bağlı tələbin tətbiqi müddəti uzadılır

Cəmiyyət Materials 25 Yanvar 2016 16:34 (UTC +04:00)
Azərbaycanda tikinti layihələrinin şəhərlərin müfəssəl planına uyğunluğu ilə bağlı tələbin tətbiqi müddəti uzadılır.
Tikinti layihələri ilə bağlı tələbin tətbiqi müddəti uzadılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda tikinti layihələrinin şəhərlərin müfəssəl planına uyğunluğu ilə bağlı tələbin tətbiqi müddəti uzadılır.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişiklik edilir.

2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinə görə, ərazi planlaşdırılması növlərindən biri olan müfəssəl planlar şəhərlərin, qəsəbələrin və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit edilir.

Məcəlləyə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdyi tələblərə uyğun olmalıdır. Bu tələbin Məcəllənin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixdən 3 il sonra tətbiqi edilməsi nəzərdə tutulur. Lakin indiyədək bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissəsinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığından müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb.

Bununla əlaqədar olaraq, yeni layihədə planın məcburi tətbiqi müddətinin bir il uzadılması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti