...

Kəmaləddin Heydərov Naftalanda vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 27 Yanvar 2016 09:27 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 yanvar 2016-cı il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzində, saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Kəmaləddin Heydərov Naftalanda vətəndaş qəbulu keçirəcək

Bakı. Trend:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 yanvar 2016-cı il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzində, saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda yalnız Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində 28 yanvar 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti