...

Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 27 Yanvar 2016 12:31 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov fevralın 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək.
Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Gənclər və idman naziri Azad Rəhimov fevralın 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində (Quba şəh, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qeyd edək ki, bundan öncə 18 yanvar tarixində nəzərdə tutulmuş qəbul təxirə salınmış və fevralın 12-nə keçirilmişdir.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 27-dən fevralın 11-dək saat 09:00-18:00 arası aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba - 050-200-27-37;
070-202-27-37

Qusar - 055-435-76-16;
070-317-24-13


Siyəzən - 050-569-43-76

Şabran - 050-351-79-05;
055-612-26-62

Xaçmaz - 050-270-80-60

Məqalədə:
Xəbər lenti

Xəbər lenti