...

Təhsil Nazirliyi dərsliklərlə bağlı ictimai rəyi öyrənir

Cəmiyyət Materials 8 Fevral 2016 14:33 (UTC +04:00)
Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib.
Təhsil Nazirliyi dərsliklərlə bağlı ictimai rəyi öyrənir

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcək. Nəşrə verilməzdən əvvəl ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb.

Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur.

Dərsliklərə rəy, təklif və iradları olanlar [email protected] elektron poçtuna göndərə bilərlər.

Qeyd edək ki, dərsliklər istifadəyə verildikdən sonra onların məzmununda müəyyən problemlər aşkarlanır. Bu zaman dərsliklər artıq tam tirajla nəşr olunduğundan nöqsanların aradan qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur. Tətbiq olunan bu yenilik dərsliklərdəki nöqsanların vaxtında - onlar tam tirajla nəşr olunmamışdan əvvəl aradan qaldırılmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti