...

Akademik məktəbdə coğrafiya fənnini tədris etdi (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2016 16:26
Fevralın 9-da Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın 9-cu və 10-cu sinif şagirdlərinə “Coğrafiya - müşahidədən fundamental elmə və tətbiqə doğru” mövzusunda dərs tədris edilib.
Akademik məktəbdə coğrafiya fənnini tədris etdi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Fevralın 9-da Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın 9-cu və 10-cu sinif şagirdlərinə "Coğrafiya - müşahidədən fundamental elmə və tətbiqə doğru" mövzusunda dərs tədris edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, dərs Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov tərəfindən keçirilib.

Dərsdə R.Məmmədov bəşəriyyətin yaranma tarixi barədə fərziyyələr, dünya xəritəsində zamanla yaranmış dəyişikliklər və son zamanlar geniş müzakirə obyektinə çevrilən iqlim dəyişikliyi mövzusu ilə bağlı şagirdlərə ətraflı məlumat verib. Eyni zamanda Azərbaycanın inkişaf coğrafiyası, təbii sərvətləri, fiziki-coğrafi və iqtisadi rayonlaşması haqqında fikirlərini bölüşüb, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Sonda akademik 160 nömrəli klassik gimnaziyanın coğrafiya kabinetinə Xəzər dənizinin hidrometeoroloji atlasını hədiyyə edib.

Dərsdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində "Elmdən Təhsilə" adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti