...

ADNSU rektoru Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib

Cəmiyyət Materials 24 Fevral 2016 15:39
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı dünyada cəmi 450 universitet rəhbərinin adının yer aldığı Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib.
ADNSU rektoru Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı dünyada cəmi 450 universitet rəhbərinin adının yer aldığı Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib.

ADNSU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, üzvlük sertifikatı artıq rektora göndərilib.

Qeyd edək ki, M.Babanlı mərkəzi Nyu York şəhərində yerləşən və dünyanın bir sıra universitetlərinin rektorlarının təmsil olunduğu qurumda ilk azərbaycanlı rektor kimi ilkə imza atıb.

Həmçinin M.Babanlının rektoru olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Cənubi Qafqazda ilk olaraq ingilisdilli universitetlər qrupuna daxil olmaqla da bir qürurverici uğura imza atıb. Belə ki, bundan sonra dünyanın bütün nüfuzlu universitetləri və elm mərkəzləri, tədqiqat institutları və laboratoriyaları bu universitetin məzunlarını qeyd-şərtsiz qəbul edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti