...

Sabah hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq

Cəmiyyət Materials 25 Fevral 2016 13:02 (UTC +04:00)
Sabah hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Sabah hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq

Bakı. Trend:

Sabah hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə fevralın 26-da hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti