...

Uşaqların I sinfə elektron sistem vasitəsilə qəbulu başladı (VİDEO)

Cəmiyyət Materials 1 Mart 2016 12:01 (UTC +04:00)
Bu gündən etibarən Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlanıb.
Uşaqların I sinfə elektron sistem vasitəsilə qəbulu başladı (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gündən etibarən Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən istifadəçilər üçün 2016-2017-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə video-təlimat hazırlanıb.

Eyni zamanda, BŞTİ-nin rəsmi Facebook səhifəsində bu həftə ərzində I sinfə qəbulla bağlı suallar cavablandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti