...

Britaniyalı gimnast: Azərbaycan idman yarışlarını bir daha fantastik təşkil etdiyini nümayiş etdirdi

Cəmiyyət Materials 5 Mart 2016 17:31 (UTC +04:00)
Azərbaycan idman yarışlarını bir daha fantastik təşkil etdiyini nümayiş etdirdi.
Britaniyalı gimnast: Azərbaycan idman yarışlarını bir daha fantastik təşkil etdiyini nümayiş etdirdi

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan idman yarışlarını bir daha fantastik təşkil etdiyini nümayiş etdirdi. Bunu jurnalistlərə Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edən britaniyalı gimnast Ketrin Driskol deyib.

O bildirib ki, I Avropa Oyunları zamanı Bakıda olub: "Demək istəyirəm ki, təşkilatçılıq növbəti dəfə fantastikdir. Hər bir arena belə şəraitlə öyünə bilməz".

Gimnast Kubokun finalında medallar uğrunda mübarizə apara biləcəyinə ümid edir: "Fikrimcə, pis çıxış etmədim. Medallar uğrunda mübarizə aparmaq üçün hələ çox şey etmək lazımdır".

Ketrin Driskol təsnifatın yekunları üzrə 101,160 balla ikinci yeri tutaraq Kubokun finalına çıxıb.

Qeyd edək ki, martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

İkinci yarış günündə isə finallar baş tutacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti