...

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına yeni səlahiyyət verilir

Cəmiyyət Materials 10 Mart 2016 10:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına yeni səlahiyyət verilir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına yeni səlahiyyət verilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına yeni səlahiyyət verilir.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nda dəyişiklik edilir.

İndiyədək mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər müəyyən edilirdi.

Yeni qərara uyğun olaraq isə bu tədbirlər "Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası"na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırıldıqdan sonra müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti