...

"Yeni Yüzyıl" Universitetinin Jurnalistika fakültəsinin dekanı BDU-da olub (FOTO)

Cəmiyyət Materials 15 Mart 2016 17:36 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Türkiyənin "Yeni Yüzyıl" Universitetinin Jurnalistika fakültəsinin dekanı professor Aysel Əzizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, BDU-nun Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Sevinc Əliyeva qonaqları fakültədə görməkdən məmnunluğunu ifadə edib. O, fakültədə son illər əldə olunan nailiyyətlərdən, xarici universitetlərin jurnalistika fakültələri, o cümlədən Türkiyə universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb.

Professor A.Əziz Bakı Dövlət Universitetinin, həmçinin Jurnalistika fakültəsinin qazandığı uğurları təqdir etdiyini və təmsil etdiyi fakültənin də əməkdaşlıqda maraqlı olduğunu bildirib. Fakültənin professor-müəllim heyəti ilə birgə proqram və layihələrin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra dekan A.Əziz Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Professorun "Yeni medianın cəmiyyətlərə təsir imkanları" mövzusunda mühazirəsi maraqla dinlənilib.

Qeyd edək ki, görüşdə "Yeni Yüzyıl" Universitetinin Beynəlxalq Tələbələr Ofisi koordinatoru Gülxan Qaraca, Beynəlxalq Karyera Mərkəzinin direktoru Orxan Həsənoğlu, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio kafedrasının müdiri, dosent Aynur Kərimova, Televiziya və radio studiyasının redaktoru Leyla Rəşid iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti