...

FHN-in təyyarəsi neftçinin meyitini gətirmək üçün Türkmənistana yola düşüb

Cəmiyyət Materials 3 Aprel 2016 13:33 (UTC +04:00)
FHN-in təyyarəsinin aşkar edilmiş meyitin ölkəyə gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlığa başlanılıb.
FHN-in təyyarəsi neftçinin meyitini gətirmək üçün Türkmənistana yola düşüb

Bakı. Trend:

FHN-in təyyarəsinin aşkar edilmiş meyitin ölkəyə gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlığa başlanılıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti