...

Qafqaz Universitetində cəbhədə baş verən hadisələrlə əlaqədar ordumuza dəstək aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2016 17:11 (UTC +04:00)
Qafqaz Universitetində tələbələrin təşəbbüsü ilə cəbhədə baş verən hadisələrlə əlaqədar ordumuza dəstək aksiyası keçirilib.
Qafqaz Universitetində cəbhədə baş verən hadisələrlə əlaqədar ordumuza dəstək aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Qafqaz Universitetində tələbələrin təşəbbüsü ilə cəbhədə baş verən hadisələrlə əlaqədar ordumuza dəstək aksiyası keçirilib. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilən tədbir himnimizin oxunması ilə açıq elan edilib. Aksiya iştirakçıları tərəfindən Ali Baş Komandan İlham Əliyevin "Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun" şüarı, elcə də vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Ordumuzun şücayətindən qürür hissi duyduqlarını dilə gətirən tələbələr Ali Baş Komandanın əmri ilə ordu sıralarına qatılmalarını səbirsizliklə gözlədiklərini bildiriblər. Aksiya universitet kampusundə rəmzi olaraq Qarabağa yürüş ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti