...

İnstitut direktoru: Təmas xəttində vəziyyət gərginləşdikdən sonra qan vermək istəyənlərin sayı kifayət qədər artıb

Cəmiyyət Materials 4 Aprel 2016 17:35 (UTC +04:00)
Təmas xəttində vəziyyət gərginləşdikdən sonra Azərbaycanda qan vermək istəyən könüllülərin sayı kifayət qədər artıb.
İnstitut direktoru: Təmas xəttində vəziyyət gərginləşdikdən sonra qan vermək istəyənlərin sayı kifayət qədər artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Təmas xəttində vəziyyət gərginləşdikdən sonra Azərbaycanda qan vermək istəyən könüllülərin sayı kifayət qədər artıb.

Bunu Trend-ə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Hazırda Səhiyyə Nazirliyi tərəfindən əvvəlcədən təsdiqlənmiş adəti qrafik üzrə fəaliyyətlərini davam etdirdiklərini deyən Z.Əlimirzəyeva bildirib ki, hazırda kifayət qədər qan ehtiyatı var və tələbat ödənilir. Mərkəzi qan Bankında 1000 vahidə yaxın qan ehtiyatı, 10-dan çox plazma ehtiyatı var.

Qanla bağlı heç bir problemin, çatışmazlığın olmadığını vurğulayan Z.Əlimirzəyeva bildirib ki, qan verilmə üçün hər hansı xüsusi çağırışın edilməməsinə baxmayaraq, insanlar özləri könüllü təşəbbüsləri ilə qan vermək üçün müraciət etməyə başlayıblar. Ayrı-ayrı müəssisələr, icra hakimiyyətləri də Mərkəzi Qan Bankına müraciət edərək könüllü qan vermək istədiklərini bildiriblər:

"Qanın verilməsi üçün heç bir çağırışın edilməməsinə baxmayaraq, bu hadisələr başlayandan sonra Mərkəzi Qan Bankının Bərdədəki bölməsinə insanlar könüllü surətdə müraciət edirlər. Bərdə bölməsinin rəhbəri dedi ki, qan verənlərin sayı həddindən artıq çoxdur. İnsanlar səhərədək qan veriblər. Onlar özləri könüllü təşəbbüsləri ilə müraciət edərək qan verirlər".

Z.Əlimirzəyeva qeyd edib ki, Mərkəzi Qan Bankının Şirvanda, Şəkidə, Mingəçevirdəki bölmələrinə də müraciət edənlərin sayı çoxalıb. Z.Əlimirzəyeva bu gün Mərkəzi Qan Bankına da könüllü kimi müraciət edən donorların sayının həddindən artıq çox olduğunu nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti