...

Texas azərbaycanlıları adından Azərbaycana dəstək ifadə olunub

Cəmiyyət Materials 5 Aprel 2016 20:09 (UTC +04:00)
Məktubda Texas azərbaycanlıları adından Azərbaycan xalqına dəstək ifadə olunub.
Texas azərbaycanlıları adından Azərbaycana dəstək ifadə olunub

Bakı. Trend:

Hyuston Bakı-Qardaşlaşmış Şəhərlər Assosiasiyası Texasda yaşayan və fəaliyyət göstərən Azərbaycan icması adından Texasın qanunverici orqanlarına və konqresmenlərə müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktubda aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq erməni hərbi qüvvələrinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində azərbaycanlıların yaşadığı kəndləri iriçaplı artilleriya mərmiləri ilə atəşə tutması faktı barədə məlumat verilib.

Müraciətdə deyilir: "Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) Ermənistan tərəfi hələ də riayət etmir. Biz Ermənistan dövlətini işğal olunmuş Azərbaycan ərazilərindən çıxmağa , tarixi binaları məhv etməməyə çağırırıq".

Məktubda Texas azərbaycanlıları adından Azərbaycan xalqına dəstək ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti