...

"Təmiz Şəhər"in əməkdaşları tələbələrə tullantıların idarə olunması üzrə mühazirə dedi (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2016 16:56 (UTC +04:00)
“Təmiz Şəhər” ASC-nin mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrə “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda mühazirə deyib.
"Təmiz Şəhər"in əməkdaşları tələbələrə tullantıların idarə olunması üzrə mühazirə dedi (FOTO)

Bakı. Trend:

"Təmiz Şəhər" ASC-nin mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrə "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda mühazirə deyib. ASC-nin şöbə müdiri Sabit Zeyniyev Azərbaycanda aparılan tullantıların idarə edilməsi siyasətindən və "Təmiz Şəhər"in bu sahədə gördüyü işlər barədə də geniş danışıb.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu cür xüsusi mühazirələr AzMİU ilə səhmdar cəmiyyət arasında ötən il bağlanmış memorandum əsasında həyata keçirilir. Belə ki, tullantıların idarə edilməsi mövzularının daha praktik və əlverişli şəraitdə keçirilməsi üçün ASC universitetdə "Təmiz Şəhər" Mərkəzi yaradıb və mütəmadi olaraq burada seminarlar təşkil edir.

Tədrisin effektivliyinin artırılması məqsədilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına tələbələrin üçün turlar təşkil olunacaq. Bununla tələbələr görülən işlərlərlə yerində tanış olacaqlar. Həmçinin, uyğun ixtisas tələbələrinin zavodlarda təcrübə proqramı keçmələri nəzərdə tutulub.

"Təmiz Şəhər" ASC ölkədə tullantıların idarə olunması sahəsində maarifləndirilmənin artırılması üçün təhsil ocaqları ilə müxtəlif fərqli layihələr həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti