...

Deputat: Bakı Marafonu Azərbaycanın həyatında böyük hadisədir

Cəmiyyət Materials 1 May 2016 10:42 (UTC +04:00)
Azərbaycan paytaxtında keçirilən Bakı Marafonu böyük hadisədir.
Deputat: Bakı Marafonu Azərbaycanın həyatında böyük hadisədir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan paytaxtında keçirilən Bakı Marafonu böyük hadisədir. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

O bildirib: "Bu gözəl səhərdə burada bu gün bir çox insanlar - idmançılar, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri və sadə insanlar toplaşıb. Əminəm ki, marafon iştirakçılarının sayı ildən-ilə artacaq".

Deputat qeyd edib ki, idman sağlamlığın təminatıdır: "O müxtəlif millətlərdən olan insanların və müxtəlif dini konfessiyalara mənsub insanların ünsiyyətinə kömək edir. Azərbaycan dünyaya öz tolerantlığını bir daha nümayiş etdirdi".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilikdə 5000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti