...

Dostunun arvadına quldurluq edən şəxsə hökm oxundu

Cəmiyyət Materials 2 May 2016 12:42 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rauf Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dostunun arvadına quldurluq edən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rauf Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması elan edilib və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxs son sözündə sözü olmadığını və əməlindən peşman olduğunu deyib.

Məhkəmədə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən R.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2015-ci ildə Səbail rayonu Badamdar qəsəbəsində baş verib. Sərxoş vəziyyətdə olan Rauf İsmayılov dostu Vladimir Piskumun evinə daxil olaraq taxtanı dostunun arvadı Vera Piskumun boğazına dirəyərək pul tələb edib.

Zərərçəkəndən 21 manat pul alıb qaçan R.İsmayılov polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həbs edilib.

Ona Cinayət Məcəlləsinin 181-ci ( quldurluq) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti