...

Sabiq MTN generalının evində işlədiyi üçün həbs edilən qardaşlar zərərçəkmişi tələb ediblər

Cəmiyyət Materials 4 May 2016 14:24 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Nərimanov Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyərkən həbs edilən Ramil və Vasif Aslanov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Təqsirləndirilən şəxslərin vəkili Adəm Məmmədovun Trend-ə verdiyi məlumata görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə proseslərinə bir neçə dəfədir ki, zərərçəkən kimi tanınan Elmir Həsənov gəlmir: "Buna görə məhkəmə prosesi təxirə salınır. Biz onun məhkəməyə məcburi gətirilməsi barədə vəsatət vermişik. Məhkəmə vəsatətimizi təmin etdi və zərərçəkmiş mayın 13-də məcburi məhkəməyə gətiriləcək".

İttihama görə, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli biliniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti