...

Belarusda işgüzar görüşlər keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2016 10:09 (UTC +04:00)
26 aprel-1 may tarixlərində Belarusun Təhsil Nazirliyi Respublika Ekologiya və Diyarşünaslıq Mərkəzinin dəvəti ilə Azərbaycan Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktor əvəzi Firuzə Sultan-zadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti işgüzar səfərdə olub.
Belarusda işgüzar görüşlər keçirilib (FOTO)

Bakı. Trend:

26 aprel-1 may tarixlərində Belarusun Təhsil Nazirliyi Respublika Ekologiya və Diyarşünaslıq Mərkəzinin dəvəti ilə Azərbaycan Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktor əvəzi Firuzə Sultan-zadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti işgüzar səfərdə olub.

Belarusiyaya işgüzar səfər çərçivəsində nümayəndə heyəti aprel ayının 26-da Minsk şəhərində keçirilən "Davamlı inkişaf naminə ekoloji təhsil: milli və beynəlxalq təcrübə" mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Konfransın açılış mərasimində Firuzə Sultan-zadə iştirakçıları salamlayaraq "Azərbaycanda uşaq və gənclərin ekoloji təhsili sahəsində iş təcrübəsi" mövzusunda təqdimatla çıxış edib.

Səfərin ikinci günü nümayəndə heyətimiz ekoloji təhsil üzrə Respublika Forumunda iştirak edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktor əvəzi Firuzə Sultan-zadə Belarus Respublikasının İdman və turizm naziri A.İ. Şamko, Təhsil nazirinin müavini V.V.Yakjik, sosial - tərbiyə və ideoloji işlər idarəsinin rəisi M.A Sorotnik ilə görüşlərdə iştirak edərək uşaq və gənclərin ekoloji təhsil və turizm sahəsində birgə əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

Minsk şəhərində yerləşən Ekoloji gimnaziyanın müəllimləri və şagirdlərlə görüş zamanı ekoloji maarifləndirmə tədbirləri geniş müzakirə olunub. "Dudutki" qədim xalq sənətkarlığı və texnologiyalar muzey kompleksinə və "Nanosı" aqro-turizm kompleksinə səyahət zamanı milli-etnoqrafik dəyərlər barədə geniş məlumat verilmişdir. Azərbaycan nümayəndələri üçün Mirski və Nesvişskaya qəsrlərinə səyahət təşkil edilib.

Səfər zamanı bizim nümayəndələr Belarus Respublikasında fəaliyyət göstərən muzeylərin direktorlarının iştirakı ilə seminarda muzey pedaqogikası məsələlərinin müzakirə ediblər. "Zubryonok" Milli Uşaq Təhsil-Sağlamlıq Kompleksinin işi ilə yaxından taniş olaraq təcrübə mübadiləsi aparılmış, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti