...

Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək

Cəmiyyət Materials 5 May 2016 18:38 (UTC +04:00)
Sərgidə Bakı şəhər təhsil müəssisələrinin müəllim və şagird kollektivinin iştirakı nəzərdə tutulur.
Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 6-7 may 2016-cı il tarixlərində saat 14:00-dan 19:00-dək 194 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisini təşkil edir.

İdarədən Trend-ə verilən məlumata görə, sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrində əl işləri nümayiş etdiriləcək. Sərgidə, eyni zamanda 2-5 aprel 2016-cı il tarixlərdə Qarabağ uğrunda gedən döyüşlərdə işğaldan azad edilmiş Lələ Təpəyə aid maraqlı kompozisiya nümayiş olunacaq.

Bakı şəhər ümumi təhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin 1334 əl işinin nümayiş olunacağı sərgidə Ümummilli Lider Heydər Əliyevin zəngin həyatı və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən əl işləri üstünlük təşkil edəcək.

Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərginin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onlarda vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək, bədii-estetik zövqü, həmçinin yaradıcı düşüncəni inkişaf etdirmək və müsbət əhvali-ruhiyyə yaratmaqdır.
Sərginin açılış mərasimində məktəblilər Ulu Öndər Heydər Əliyev və Azərbaycana həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış edəcəklər.

Məktəbdənkənar təhsil müəssisələrinin dərnək rəhbərləri tərəfindən sərgi zamanı məktəblilərin iştirakı ilə açıq məşğələlər təşkil olunacaq. Dərnək rəhbərləri ustad dərslərində kağızdan müxtəlif aplikasiyalar, muncuq və toxumlardan ibarət bəzəkli rəsmlər və digər əl işlərini şagirdlər və qonaqlarla birgə hazırlayacaqlar.

Sərgidə Bakı şəhər təhsil müəssisələrinin müəllim və şagird kollektivinin iştirakı nəzərdə tutulur.

Bacarıqlı uşaqların dünyasına Siz də qoşulmaq istəyirsinizsə Bakı şəhəri 194 nömrəli tam orta məktəbdə təşkil olunacaq sərgidə iştirak edərək yaradıcı gənclərə dəstək olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti