...

İlin adamı nominasiyasının bu ilki qalibi simvolik olaraq “Azərbaycan Əsgəri“ seçilib (FOTO)

Cəmiyyət Materials 6 May 2016 12:29 (UTC +04:00)
Bu gün Qafqaz Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ənənəvi “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı” keçirilib.
İlin adamı nominasiyasının bu ilki qalibi simvolik olaraq “Azərbaycan Əsgəri“ seçilib (FOTO)

Bakı. Trend:

Bu gün Qafqaz Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ənənəvi "VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı" keçirilib.

Ulu Öndərin başlıca tövsiyyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların yaddaşında hümanist dünyagörüşün formalaşması, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Artıq 8 ildir ki, böyük təntənə ilə qeyd edilən bu festival Qafqaz Universitetinin çöxmillətli tələbə heyətinin sülh və dostluq bayramına çevrilmişdir.

Festivalın ənənəvi olaraq seçdiyi ilin adamı nominasiyasının bu ilki qalibi simvolik olaraq "Azərbaycan Əsgəri " seçilib. Bu nominasiyada mükafat aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik Vüqar Yusifovun övladı Aytən Yusifovaya təqdim edilib.

Pakistan İslam Respublikası, Tacikistan Respublikası, İran İslam Respublikası, Koreya Respublikası, Rusiya Federasiyası, Özbəkistan Respublikası, Türkmənistan Respublikası, Amerika Birləşmiş Ştatları, Polşa Respublikası, Meksika Birləşimş Ştatları, Kolumbiya Respublikası, Argentina Respublikası, Hindistan, Banqladeş Xalq Respublikası, Malayziya Səfirliklərinin səfir və nümayəndələri, eləcə də bir çox dövlət və elm xadimlərinin də iştirak etdiyi "VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı" Dövlət himninin səsləndirilməsi ilə başladı.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxışı edərək gələn qonaqları salamladı. Bildirdi ki, universitetin tələbə dərnəkləri tərəfindən hazırlanmış "Gənclik və multikulturalizm festivalı" ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr edilmişdir.

Ulu Öndərin "Gənclik bir millətin gələcəyidir" sözlərini sitat gətirən Əhməd Saniç qeyd etdi ki, millətin ən önəmli sərvəti onun vətənini sevən, bilikli, bacarıqlı mütəxəssislər kimi yetişən gəncləridir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət də xalqımızın rifahının yüksəldilməsinə xidmət edir.

Əhməd Saniç şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onların qəhrəmanlığının hər bir gəncə örnək olduğunu bildirdi.
Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Festival münasibətilə hər bir iştirakçını təbrik etdi.

Bildirdi ki, Azərbaycada multikultural ənənələr dərin köklərə malik olsa bu ənənələr yalnız ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin bir hissəsinə çevrilmiş və bu gün ölkə başçısı İlham Əliyev rəhbərliyi altında inkişaf etdirilir. Ölkəmizdə multikulturalizmlə bağlı keçirilən bütün tədbirlərin başlıca məqsədi müxtəlif mədəniyyətlərin inkişafı və sülhün təmin edilməsinə xidmət edir. Bu baxımdan, 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi heç də təsadüfi deyildir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli Qafqaz Universiteti tərəfindən Ulu Öndərin xatirəsinə həsr edilmiş bu festivalın hər il böyük ehtiramla qeyd edilməsini yüksək qiymətləndirdi. O qeyd etdi ki, multukulturalizm dövlət siyasətinin vacib elementi kimi ölkəmizdə nəinki təbliğ olunur, həm də tədris olunur.

ABŞ-ın ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə müşaviri Emi Pitersen tədbirin əhəmiyyətini qeyd edərək Azərbaycanın da ABŞ kimi multikultural ölkə olduğunu bildirib.

Qafqaz Universitetinin fəaliyyətinin yüksək qiymətləndirən xanım Emi bu günkü tədbirin xatirəsində xoş təəsuratla qalacağını qeyd edib.

Festivalda universitetin özfəaliyyət dərnəkləri bir-birindən maraqlı çıxışlar nümayiş etdirdilər. Azərbaycanda təhsil alan xarici tələbələr də öz ölkələrinin stendlərini quraraq milli mətbəx, geyim və digər mədəniyyət nümunələrini nümayiş etdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti