...

Diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başa çatdı (FOTO)

Cəmiyyət Materials 6 May 2016 16:18 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdama səfər edən Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələri rayonda dağılan evlərə və fermer təsərrüfatına baş çəkiblər.
Diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başa çatdı (FOTO)

Bakı. Samir Əli - Trend:

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdama səfər edən Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələri rayonda dağılan evlərə və fermer təsərrüfatına baş çəkiblər. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, səfər zamanı İcra Hakimiyyətində diplomatik korpus nümayəndələri ilə görüş keçirilib və onlara erməni təcavüzü barədə məlumat verilib: "Sonra onlar özləri hadisə baş verən əraziləri görmək istədilər. Diplomatlar Sarıcalı kəndində dağılan orta məktəbə baş çəkdilər, erməni vandalizmini öz gözləri ilə gördülər. Daha sonra onlar Mahrızlı kəndində ermənilərin ağır artilleriya atəşi nəticəsində dağılan evlərə baş çəkdilər, kənd sakinləri ilə görüşdülər".

R.Məmmədov deyib ki, diplomatik korpus nümayəndələri, həmçinin Ağdamın Əfətli kəndi ərazisində fəaliyyət göstərən, aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələri tərəfindən artilleriya atəşi nəticəsində dağılan "Qaramal" fermer təsərrüfatına da baxış keçiriblər. Səfirlik nümayəndələrinə hadisə nəticəsində dəymiş ziyan barədə məlumat verilib. Bununla da Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin Ağdam rayonuna səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti