...

Daha bir şəhidimizin medalı ailəsinə təqdim edildi (FOTO)

Cəmiyyət Materials 6 May 2016 18:16 (UTC +04:00)
"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Elmir Zeynalov göstərdiyi şücaətə görə bu mükafata layiq bilinib. Amma medal özünə yox, ailəsinə təqdim edilib.
Daha bir şəhidimizin medalı ailəsinə təqdim edildi (FOTO)

Bakı. Trend:

"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Elmir Zeynalov göstərdiyi şücaətə görə bu mükafata layiq bilinib. Amma medal özünə yox, ailəsinə təqdim edilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Goranboyun Əhmədabad kəndində Müdafiə Nazirliyinin nümayəndələri, rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri və hərbçilərin iştirakı ilə ölümündən sonra təltif edilən şəhid E.Zeynalovun medalı ailəsinə təqdim olunub. Kiçik çavuşun döyüş yolu, ötən ayın əvvəllərində Azərbaycan Ordusunun cəbhədəki uğurları, şəhidlərin qanının yerdə qalmayacağı, tezliklə işğal altında olan torpaqların azad ediləcəyi təşkil edilən mərasimdə xüsusi vurğulanıb.

Çıxışlarda E.Zeynalovun 90-cı illərin əvvəllərində şəhid olan əmisinin qisasını aldığını, xidmət etdiyi dövrdə düşmənin onlarca canlı qüvvəsini və texnikasını məhv ediyinə diqqət çəkilib.

Ailənin tək ovlan övladı 22 yaşlı E.Zeynalov bu ilin fevralında Goranboy rayonu ərazisində düşmənin təxribat diversiya cəhdinin qarşısını alan zaman şəhid olub. Vətənpərvərlik mövzusunda səslənən musiqilərlə davam edən tədbir şəhidin məzarının ziyarəti ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti