...

Azərbaycanda xəstələr üçün elektron növbə sistemi qurulacaq

Cəmiyyət Materials 15 May 2016 22:34 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində (MOM) xəstələrin qeydiyyata alınması üçün elektron növbə sistemi qurulacaq.
Azərbaycanda xəstələr üçün elektron növbə sistemi qurulacaq

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində (MOM) xəstələrin qeydiyyata alınması üçün elektron növbə sistemi qurulacaq.

Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Trend-ə bildirib ki, mərkəzin yeni tkilən 7 mərtəbəli diaqnostika poliklinika-qəbul korpusu yaxın günlərdə istifadəyə veriləcək: "Poliklinikada elektron qeydiyyat sistemi qurulacaq və poliklinika istifadəyə verildikdən sonra bu sistemin tətbiqinə başlanılacaq. Poliklinikada "Asan xidmət"də olduğu kimi, elektron xidmət yaradılacaq. Yəni, müraciət edən xəstə elektron düyməni basaraq növbə alacaq və daha sonra növbəsini gözləməyə başlayacaq. Bu xəstələrin həkimlərin qəbuluna növbəsiz keçməsinin də qarşısını alacaq".

A.Kərimli deyib ki, mərkəzdə həm də xəstələrin xəstəlik tarixçələrinin elektronlaşdırılması nəzərdə tutulur: "Hazırda xəstəlik tarixçələrinin elektron arxivinin yaradılması istiqamətində iş aparılır".

Baş onkoloq deyib ki, mərkəzdə elektron qeydiyyat sistemi və elektron arxiv qurulduqdan sonra 9 Rayonlarası Onkoloji Dispanserin də bu elektron sistemə qoşmaq planlaşdırılır: "Bu sistem vasitəsilə biz onlarla mütəmadi olaraq, əlaqə saxlaya bilərik. Biz onda xəstələrin diaqnostikalarının, müalicələrinin gedişatına, həkimlər tərəfindən onların düzgün aparılıb-aparılmamasına nəzarət edə biləcəyik".

Baş onkoloq hazırda MOM-un Sumqayıt, Qusar, Mingəçevir, Şəki, Gəncə, Ağcabədi, Şirvan, Lənkəran və Naxçıvan şəhərlərində Rayonlarası Onkoloji Dispanserinin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti