...

Komitə sədri: Radikal qrupların qarşısını almaq üçün tədbirlər görülür

Cəmiyyət Materials 19 May 2016 10:19 (UTC +04:00)
Azərbaycanda dini vəziyyət sabitdir və dövlət-din münasibətləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunur.
Komitə sədri: Radikal qrupların qarşısını almaq üçün tədbirlər görülür

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dini vəziyyət sabitdir və dövlət-din münasibətləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunur. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, lakin bəzi regionlarda radikal qruplar özünü büruzə verir: "Bunun da qarşısını almaq üçün həm hüquqi, həm də ideoloji baxımdan tədbirlər görülür, təbliğat işi gücləndirilir. Həm də hüquq-mühafizə orqanları bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər".

Komitə sədri vurğulayıb ki, xüsusilə İslamda radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışırlar: "Bunun qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri də həmin radikal qrupların təhlükəsini gənclərə çatdırmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti