...

Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb (FOTO)

Cəmiyyət Materials 20 May 2016 14:44 (UTC +04:00)
Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb.
Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb.

Bu gün uşaqların yaş kateqoriyasında (2000-2007-ci il təvəllüdlü) qadın cütlüklər arasında, yeniyetmə yaş kateqoriyasında (1998-2006-cı il təvəllüdlü) kişi cütlüklər arasında, kiçiklərin yaş kateqoriyasında (2002-2010-cu il təvəllüdlü) qarışıq cütlüklər və yuniorlar (1997-2005-ci il təvəllüdlü) arasında, kiçiklərin yaş kateqoriyasında (2002-2010-cu il təvəllüdlü), uşaqların yaş kateqoriyasında (2000-2007-ci il təvəllüdlü) və yeniyetmələrin yaş kateqoriyasında (1998-2006-cı il təvəllüdlü) qadın qruplar arasında və kiçiklərin yaş kateqoriyasında (2002-2010-cu il təvəllüdlü) kişi qruplar arasında balans hərəkətləri yarışları keçiriləcək.

Həmçinin, gün ərzində böyüklərin yaş kateqoriyasında (2002-ci il və daha böyük) və yeniyetmələr yaş kateqoriyasında (1998-2006-cı il təvəllüdlü) kişi cütlüklər arasında, yuniorlar yaş kateqoriyasında (1997-2005), qarışıq cütlüklər arasında, yeniyetmələr yaş kateqoriyasında (1998-2006) qadın qruplar arasında, eləcə də uşaqların yaş kateqoriyasında (2000-2007) qadın cütlüklər və qruplar arasında temp hərəkətləri yarışları keçiriləcək.

İki gün ərzində "Ocaq", "Neftçi" idman məktəbləri, Bakı Gimnastika Məktəbi, eləcə də Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 67 gimnast iştirak edəcək.

"Ocaq" idman məktəbinin nümayəndələri akrobatika üzrə yarışlarda birinci dəfə iştirak edəcək.

Yarışların iki günü ərzində qadın cütlüklər (uşaqlar- 2000-2007), kişi cütlükləri (böyüklər - 2002-ci il və daha böyük ; yeniyetmələr - 1998-2006), qarışıq cütlüklər (yuniorlar - 1997-2005; kiçiklər- 2002-2010), qadın qrupları (yeniyetmələr - 1998-2006; uşaqlar- 2000-2007 ; kiçiklər - 2002-2010) və kişi qrupları (kiçiklər - 2002-2010) çoxnövçülükdə medallar uğrunda mübarizə aparacaqlar.

Turnirdə böyük yaş qrupu arasında Ümumdünya yarışlarının bürünc mükafatçıları, Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük, eləcə də Seymur Cəfərov və Murad Əkbərovdan ibarət kişi cütlüyü çıxış edəcəklər.

Yekunda akrobatika ilə yenicə məşğul olanlar nümunəvi çıxış göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti