...

Sabah Bakıda hava dəyişkən buludlu olacağı gözlənilir

Cəmiyyət Materials 22 May 2016 12:16 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Sabah Bakıda hava dəyişkən buludlu olacağı gözlənilir

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-17, gündüz 22-27, Bakıda gecə 13-15, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi-əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti