...

Azərbaycanda uşaqlar yeni xəstəliklərə qarşı peyvənd olunacaqlar

Cəmiyyət Materials 23 May 2016 13:29 (UTC +04:00)
Azərbaycanda gələcəkdə ilk olaraq su çiçəyinə, sonradan isə meningit və rotavirusa qarşı peyvəndlərin tətbiqi nəzərdə tutulub.
Azərbaycanda uşaqlar yeni xəstəliklərə qarşı peyvənd olunacaqlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda gələcəkdə ilk olaraq su çiçəyinə, sonradan isə meningit və rotavirusa qarşı peyvəndlərin tətbiqi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bu gün ölkədə immunoprofilaktika tədbirlərinin vəziyyətinə həsr olunan tədbirdə çıxış edərkən deyib.

Azərbaycanda yeni peyvəndlərin tətbiqi ilə bağlı daim iş aparıldığını deyən baş pediatr bu peyvəndlərin tətbiqi vaxtını açıqlaya bilməyəcəyini deyib: "Bu gün elə vaksinlər var ki, onlar tam təkmilləşməyib. Gözləyirik ki, su çiçəyinə qarşı tam texnoloji səviyyədə vaksinlər hazırlansın. Digər tərəfdən, su çiçəyinə yoluxma zamanı qaydalara riayət etdikdə xəstəlik sağalır. Peyvənd zamanı isə bu fəsadlı ola bilər. Ona görə də biz o peyvəndi gözləyirik ki, onun ümumiyyətlə, heç bir fəsadı olmasın. Hazırda biz müqayisə mərhələsindəyik - peyvənd, yoxsa xəstəlik daha yaxşıdır?"

N.Quliyev deyib ki, su çiçəyinə qarşı yeni vaksinlərin istehsal olunması gözlənilir. O zaman Azərbaycanda su çiçəyinə qarşı sayca 12-ci peyvənd tətbiq olunmağa başlanacaq.

Baş pediatr əlavə edib ki, su çiçəyinə qarşı peyvəndə başlanıldıqdan sonra uşaqlar üçün meningitə və rotavirusa qarşı peyvənd tətbiq edilə bilər: "Dünyada başqa kütləvi tətbiq olunan peyvənd yoxdur. Azərbaycan artıq peyvəndlərin tətbiqi baxımıbdan yüksək həddə çatıb. Ümumiyyətlə, insanlar 25-ə yaxın xəstəliyə qarşı peyvənd oluna bilər."

N.Quliyev deyib ki, rotavirus virus diariyalarına qarşıdır. Bu peyvəndin də hazırda daha da təkmilləşdirilməsi prosesi gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti