...

Əskişəhərdə Qarabağ və Gəncə prospektlərinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 24 May 2016 14:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Əskişəhər şəhərində Qarabağ və Gəncə adı verilən prospektlərin təntənəli açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir Davulqa Bələdiyyəsi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və Emirdağ Kültür və Sənət Dərnəyinin birgə əməkdaşlığı ilə baş tutub.

Açılış mərasimi türk dünyasında həyatını itirən şəhidlər və terror qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, İstiqlal Marşı və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə davam edib.

Açılışda Davulqa Bələdiyyəsinin sədri Salih Gündoğan, Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın və başqaları çıxış edərək, iki dövlət arasında möhkəm dostluq, qardaşlıq münasibətlərindən danışıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər.

Təntənəli mərasimdə Türk və Azərbaycan folklorundan nümunələr, milli musiqi və rəqslər ifa olunub.

Xatirə hədiyyəlləri və plaketlərindən təqdimatından sonra prospektin açılışı həyata keçirilib də qırmızı lent kəsilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti