...

Soyğunçu dəstəyə hökm oxundu

Cəmiyyət Materials 25 May 2016 14:33 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Orxan Mikayılov və Emin Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Soyğunçu dəstəyə hökm oxundu

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Orxan Mikayılov və Emin Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Mikayılov və E.Balayevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hər iki şəxs ötən il soyğunçuluq etməkdə sübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti