Bakı-Trend:
Kirovoqrad şəhər administrasiyasının başçısı Andrey Raykoviç "Azərbaycan - Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov ilə görüş keçirib. Trend-in məlumatına görə, Alyansın Qadınlar Birliyinin sədri Sevinc Həsənovanın da iştirak etdiyi işçi görüşdə Ukraynanın xalq deputatı Aleksandr Qorbunov da iştirak edib.
Alyans rəhbəri qeyd edib ki, Ukrayna həmişə Azərbaycanın strateji tərəfdaşı olub. O bildirib ki, Azərbaycanın işgüzar dairələri bundan sonra da əməkdaşlıq etməyə hazırıdırlar, həm də Kirovoqradla əməkdaşlıq qurmağı planlaşdırırlar.
Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və investisiya layihələrinin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Andrey Raykoviç bildirib: "Biz aqrar regionuq, bizi ilk növbədə yetişdirilən kənd təsərrüfatı məhsullarının emalı maraqlandırır. Biz investisiya layihələri təqdim etməyə və onları reallaşdırmaq üçün biznes nümayəndələri ilə danışıqlar aparmağa hazırıq".
Görüşün sonunda Elmar Məmmədov Andrey Raykoviçə "Azərbaycan - Ukrayna" Beynəlxalq Alyansının "Dostluq" ordenini təqdim edib. Administrasiya başçısı isə xatirə hədiyyələrini qonağa hədiyyə edib.