...

Bakıda itkin düşdüyü deyilən məktəbli qız tapılıb

Cəmiyyət Materials 1 İyun 2016 16:29 (UTC +04:00)
Bakıda orta məktəbdə itkin düşdüyü deyilən məktəbli qız, 2004-cü il təvəllüdlü Gülcan Hafiz qızı İsmayılova tapılıb.
Bakıda itkin düşdüyü deyilən məktəbli qız tapılıb

Bakı. Samir Əli - Trend:

Bakıda orta məktəbdə itkin düşdüyü deyilən məktəbli qız, 2004-cü il təvəllüdlü Gülcan Hafiz qızı İsmayılova tapılıb. Bu barədə Trend-ə şagirdin təhsil aldığı Binəqədi rayonu 283 saylı orta məktəbin direktor müavini Sevinc Musayeva məlumat verib.

Direktor müavini bildirib ki, adıçəkilən şagird itkin düşməyib və bu uşağın anasının polisə verdiyi məlumat yalandır: "Uşaq itkin düşməyib. Sadəcə şagirdin atası ilə anası ayrılıb və uşaq ananın yanında qalırmış. Ana isə ataya övladını görməyə icazə vermirmiş. Mayın 31-də şagird orta məktəbdən çıxıb evə gedərkən məktəbin yaxınlığında atası ilə rastlaşıb. Uşaq öz razılığı ilə atasının evinə gedib və bir gün orada qalıb. Bundan xəbər tutan ana hirsindən polisə müraciət edərək uşağının itkin düşdüyünü deyib. İyunun 1-də, yəni bu gün səhər atası uşağı yenidən məktəbə gətirib və şagird anasına təhvil verilib. Hələ bu azmış kimi, ana bu barədə məlumatın yayılmasında məktəbi günahlandırıb".

Xatırladaq ki, mayın 31-də Binəqədi rayon Polis İdarəsi 283 saylı orta məktəbin şagirdi, 2004-cü il təvəllüdlü Gülcan Hafiz qızı İsmayılovanın məktəbdən çıxdıqdan sonra itkin düşməsi barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti