...

“Private Asset Partners” - Çoxşaxəli Ailə Ofisi Xidmətləri

Cəmiyyət Materials 27 May 2016 11:20 (UTC +04:00)
İsveçrənin maliyyə sahəsində xidmət göstərən “Private Asset Partners” şirkətinin İsveçrə, Dubay, Moskva və Bakı Ailə Ofislərində təqdim etdiyi çoxşaxəli xidmətlər
“Private Asset Partners” - Çoxşaxəli Ailə Ofisi Xidmətləri

Bakı. Trend:

İsveçrənin maliyyə sahəsində xidmət göstərən "Private Asset Partners" şirkətinin İsveçrə, Dubay, Moskva və Bakı Ailə Ofislərində təqdim etdiyi çoxşaxəli xidmətlər

"Private Asset Partners" şirkəti 2000-ci ildə İsveçrədə beynəlxalq müştərilərin aktivlərinin idarə edilməsi profili üzrə Aktivlərin Müstəqil İdarəçisi olaraq yaradılmışdır. Şirkətin fəaliyyəti İsveçrə Maliyyə Bazarı Nizamlayıcısının törəmə şirkəti tərəfindən tənzimlənir. Müəyyən müddətdən sonra şirkət sadəcə aktiv idarəçisindən Dubayda, Moskvada və Bakıda şöbələri olan qlobal maliyyə xidməti şirkətinə çevrilmişdir.

Sürətlə dəyişən dünyada çoxşaxəli beynəlxalq şəbəkə ilə işləmək tələb olunur. "Private Asset Partners" şirkəti Avropada, Dubayda, Sinqapurda, Honkonqda, Rusiyada, Azərbaycanda, Gürcüstanda və Şri-Lankada bir çox beynəlxalq bankla əməkdaşlıq edir.
Müştərilərimizin vəziyyəti ilə əlaqəsi olan hər bir şey bizim biznesimizdir. Bu biznes bu gün Çoxşaxəli Ailə Ofisi Xidmətləri adlanır.

Bu məfhum nə mənaya gəlir? Çoxşaxəli Ailə Ofisi imkanlı ailələrə məsləhət verən və müştərilərinə aktivlərinin strukturlaşdırılması və qorunub saxlanmasının daxil olduğu geniş xidmət dairəsi ilə təmin edən müstəqil şirkətdir. Bu dairəyə əmlakın planlaşdırılması, vəkalət (fudisiar) xidmətləri, aktivlərin idarə edilməsi, bütün dünyada ən etibarlı bankların seçilməsi, hesabatda müvafiq maliyyə informasiyasının konsolidasiyası, bütün cəlb edilmiş bankların işinin əlaqələndirilməsi, aktivlərin vəziyyətinə və risklərə daimi monitorinq, hüquqi xidmətlər, vergi planlaşdırılması, daşınmaz əmlakın idarə edilməsi, həyat tərzinin idarə edilməsi, habelə müxtəlif məsələlərin inzibati müşayiəti daxildir. Bütün bu xidmətlər həm şirkətimizin ekspertləri tərəfindən, həm də geniş beynəlxalq şəbəkə mütəxəssisləri tərəfindən göstərilir.

İmkanlı müştərilər öz vaxtının böyük bir hissəsini aktivlərinin idarə edilməsinə sərf etməli deyil. Əksinə, onlar əsas diqqəti həyat tərzinin idarə edilməsinə yönəltməlidirlər. "Private Asset Partners" şirkəti kimi çoxşaxəli Ailə Ofisi fərdi müştəriyə yardımçı olmağa və rifahının idarə olunması prosesinin bütün komponentlərinin effektivliyini artırmağa hazırdır. Əgər bu prosesə bir neçə məsləhətçi və ya bank cəlb olunmuşdursa, çox vaxt o, idarəolunmaz, baha və az effektiv olur. Bu baxımdan Çoxşaxəli Ailə Ofisi müştərinin maraqları üçün aydın yanaşmaya, planlaşdırmaya və icra etməyə malik yüksək xidmət səviyyəsini təmin edir.
"Private Asset Partners" şirkəti Sizin əmlak vəziyyətinizə aid olan bütün məsələlərlə bağlı yeganə tərəfdaşınızdır. Bu şirkət ilk növbədə maliyyə xarakterli məsələlərə diqqət verir və həmin məsələləri müştərilərin maraqları istiqamətində həll etmək iqtidarındadır. Müştərilər istənilən vaxt öz əmlak vəziyyətini yoxlaya və eyni zamanda həyat səviyyəsinin artırılmasını diqqət yetirə bilər.

İstənilən məsələni fərdi şəkildə müzakirə edirik.

Əlaqə nömrələri:
Cənab Norbert Viki (Mr. Norbert Wicki), +41 79 915 86 22, +994 50 247 54 42, [email protected] (ingilis / alman)
Cənab Rofel Qurbanov (Mr. Rofel Gurbanov), +994 50 211 03 57, [email protected] (azəri./ rus.)

Ailə biznesini yaratma səbəbləri
Xüsusilik və məxfilik.
Bir çox ailə üçün şəxsilik və məxfilik məsələsi şəxsi kapitalın idarə edilməsi zamanı çox vacibdir. Ailə Ofisi bütün ailə üzvləri üçün aktivlər portfelini və şəxsi məlumatları bütövlükdə ehtiva edən bütün informasiyaya malik olan yeganə struktur kimi bunu təklif edir.
İdarəetmə strukturu.
Ailənin strukturu şəffaflığı təmin edərək və ailənin gələcəkdə konfliktlərə düşməsinin qarşısını almaqda kömək edərək ailə əmlakının çətinliklərinin öhdəsindən gələ bilən idarə etmə strukturunu təmin etmək iqtidarındadır. Eyni zamanda Ailə Ofisinin strukturunda məxfilik də təmin olunur, çünki əmlakın idarə edilməsi və ailə üçün digər məsləhət xidmətləri eyni orqanın daxilində həyata keçirilir.
Maraqların balansı.
Ailə Ofisinin strukturu maliyyə məsləhətçiləri ilə ailə arasında ən yaxşı maraqlar balansını təmin eəd bilər. Ailə Ofisi yoxdursa və ailə üzvləri müxtəlif məsləhətçilərdən xidmət alırsa, belə balans mütləq şübhə altında olacaq.
Gəlirlərin artırırlması.
Mərkəzləşmə və Ailə Ofisi tərəfindən aktivlərin peşəkar idarə edilməsi vasitəsilə gəlirlərin artması və / və ya investisiya qərarları qəbul edərkən risklərin azalması imkanı yaranır. Ailə Ofisi investisiya prosesini rəsmiləşdirməyə və bu investisiyalardan əldə olunan gəliri bütün ailə üzvləri üçün artırmağa yardım edir.
Sərhəd təyin etmə.


Ailə Ofisi ailənin cari biznesini ilə ailənin güzəranından ayırmağa imkan verir.
Risklərin idarə edilməsi.
Ailə Ofisi risklərin operativ şəkildə konsolidə edilməsini, investisiya gəlirliliyini və hesabatlılığı təmin etməyə imkan verir. Bu, məsləhətçilərə və etibar edənlərə istənilən qərarın effektivliyini artırmağa və bütün ailənin investisiya məqsədlərinə nail olmasına kömək edir.
Mərkəzləşdirmə və digər xidmətlər.
Ailə Ofisləri vergi və əmlak planlaşdırılması, ailə idarəetməsi, əlaqələr, uşaqların təhsili də daxil olmaqla ailənin cari, orta və uzaq perspektivdə məqsəd və hədəflərinə nail olması üçün digər professional xidmətləri də əlaqələndirə bilər.
Çoxşaxəli Ailə Ofisi Xidmətləri. İsveçrədə istehsal edilmişdir
Maliyyə planlaşdırması,
vergiyə cəlb olunmanın optimallaşdırılması, / aktivlərin qorunması.
Aktivlərin idarə edilməsi və investisiya xidmətləri.
Sizin maliyyə vəziyyətinizin analiz edilməsi / ailənizin maliyyə məqsədlərinin müəyyən edilməsi / risk siyasətinin və investisiya perspektivlərinin prinsiplərinin formalaşdırılması / qlobal investisiya və aktivlərin yerləşdirilməsi strategiyasının işlənib hazırlanması / müştərilərin bütün dünyada bank hesablarının açılması / beynəlxalq bank münasibətləri məsələləri üzrə idarə etmə və məsləhət / aktivlərin idarə edilməsi və ya məsləhətçinin səlahiyyətləri.
-İşlərin vəziyyətinə nəzarət və monitorinq xidmətləri.
bütün dünyada açılmış bank hesablarının konsolidasiyası / birləşdirilmiş mühasibat balansının formalaşdırılması / konsolidə olunmuş statistik məlumatlar və aktivlərin vəziyyəti barədə informasiya / bütün aktivlər portfelləri üzrə risklərin idarə edilməsi, habelə kontragentlərin risklərinin idarə edilməsi / standartların müqayisə edilməsi.
Vəkalət (fudisiar) xidmətləri.
Yeni şirkətlərin yaranması və həmin şirkətlərin müxtəlif ölkələrdə idarə edilməsi məsələləri ilə bağlı məsləhət xidmətləri / trastların, fondların, offşor şirkətlərin qeydiyyatdan keçirilməsi və koordinasiya edilməsi / yerli və xarici ölkələrin hakimiyyət orqanları ilə işin koordinasiya edilməsi və əlaqələrin qurulması / nominal təmsilçilik xidmətləri / müstəqil müvəkkil şəxslərin seçilməsi / ofis otaqlarının təqdim edilməsi.
Beynəlxalq vergi planlaşdırması.
Şirkətlər və daşınmaz əmlak üzrə vergi planlaşdırması / milli və beynəlxalq vergi məsələləri ilə bağlı məsləhət / vergi bəyannaməsi üzrə iş.
Şirkətlərin qeydiyyat yerinin dəyişdirilməsi.
Müxtəlif ölkələrin vergi qanunvericiliyinin analizi və qeydiyyat yerinin dəyişdirilməsi məsələləri ilə bağlı məsləhət / daimi rezident statusu almaq məsələləri ilə bağlı yardım göstərilməsi / uşaqlar üçün beynəlxalq məktəblərin axtarılıb tapılması / yerli və xarici ölkələrin hakimiyyət orqanları ilə işin koordinasiya edilməsi və əlaqələrin qurulması.
Çoxşaxəli Ailə Ofisi Xidmətləri. İsveçrədə istehsal edilmişdir

Daşınmaz əmlak sahəsində xidmətlər.
Optimal daşınmaz əmlak obyektlərinin axtarılıb tapılması / elit daşınmaz əmlaka investisiya qoyulması / ipoteka maliyyələşdirilməsi / daşınmaz əmlak obyektlərinin satın alınmasına və satılmasına yardım göstərilməsi.

Əmlak planlaşdırması.
Pul axınlarının və büdcələrin idarə edilməsi.
əmlak vəziyyətinin cari qiymətləndirilməsinin, habelə real ödənişlərin və daxilolmaların analizi / şəxsi mühasibat xidmətləri / hesabların ödənməsi, büdcələrin formalaşdırılması.

İnzibati xidmətlər.
Fərdi mühasibat müşayiəti / hesabların aparılması / ödənişlər, hesabların və vergilərin ödənməsinə nəzarət.

Ailəyə ümumi xarakterli xidmətlərin göstərilməsi.
Şəxsi katib xidmətləri / konsyerj xidmətləri / personalın seçilməsi və işinin təşkili.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti