...

Həbsdə olan MTN generalının məhkəməsi qapalı keçirildi

Cəmiyyət Materials 13 İyun 2016 18:40 (UTC +04:00)
Proses sabah davam edəcək.
Həbsdə olan MTN generalının məhkəməsi qapalı keçirildi

Bakı. Samir Əli - Trend:

Bu gün Naxçıvan MR Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, proses qapalı keçirilib. Məhkəmədə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. V.Ələsgərov ittiham üzrə özünü təqsirli bilməyib.

Proses sabah davam edəcək.

Qeyd edək ki, V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur. V.Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Daha sonra onun barəsində yenidən həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti