...

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

Cəmiyyət Materials 15 İyun 2016 22:11 (UTC +04:00)
Sabah Ramazan ayının 10-cu günüdür.
Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

Bakı. Trend:

Sabah Ramazan ayının 10-cu günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 16-da Bakıda imsak saat 03:08, iftar isə saat 20:29-dadır.

Ramazan ayının 10-cu gününün duası:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Ramazan təqvimi açıqlandı (CƏDVƏL)

Ramazan təqvimi açıqlandı (CƏDVƏL)

Tərcüməsi:

"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

Allah orucunuzu qəbul etsin!

Xəbər lenti

Xəbər lenti