...

Niderlandlı turist: "Formula 1" Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək"

Cəmiyyət Materials 17 İyun 2016 16:16 (UTC +04:00)
“Formula 1 Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək, çünki bu yarışma turistləri ölkəyə cəlb edir”.
Niderlandlı turist: "Formula 1" Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək"

Bakı. Elçin Mehdiyev – Trend:

"Formula 1" Azərbaycana iqtisadi baxımdan çox fayda verəcək, çünki bu yarışma turistləri ölkəyə cəlb edir".

Bunu Trend-ə "Formula 1" yarışlarını izləmək üçün Bakıya gələn niderlandlı turist Tovrets Elen deyib.

O bildirib ki, bu yarışmanın ardıcıl olaraq beş il Azərbaycanda keçirilməsi ölkənin turizm sənayesinin inkişafına xeyli təkan verəcək.

T.Elen vurğulayıb ki, Azərbaycan yarışmanı yüksək səviyyədə təşkil edib.

Bakı kiyevli turistdə xoş təəssürat yaradıb

Bakı kiyevli turistdə xoş təəssürat yaradıb

Niderlandlı qonaq Bakını çox bəyəndiyini deyib. O bildirib ki, Azərbaycanın çox gözəl və dadlı mətbəx nümunələri var.

O, həmçinin Bakı sakinlərinin mehriban və qonaqpərvər olduğunu deyib.

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti