Bakı. Elçin Mehdiyev – Trend:
“Bakıya birinci dəfədir gəlirəm, açığı, Bakı məni çox təəccübləndirdi - gözəl şəhərdir”.
Bunu Trend-ə Bakıya "Formula 1" yarışını izləməyə gələn qazaxıstanlı qonaq Sərxan Suqurbekov bildirib.
O qeyd edib ki, "Formula 1" kimi yarışların keçirilməsi Azərbaycanı dünyada daha da tanıdacaq:
“İnanıram ki, bu yarışmanı izləmək üçün Bakıya gələn insanlar yenidən Bakıya turist kimi səyahət edəcək və başqa insanların da Azərbaycana gəlməsini təşviq edəcək".
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.