Bakı. Anaxanım Hidayətova - Trend:
"Bakı Formula 1-i bir çox ölkələrdən daha yaxşı təşkil edib və hər şey xoşumuza gəlir".
Bunu Trend-ə Bakıya "Formula 1" yarışını izləməyə gəlmiş rusiyalı turist Vladislav Korpenko deyib.
Turist qeyd edib ki, Bakıda "Formula 1" yarışı ölkədə turizmin inkişafına yeni təkan verəcək: "Belə tədbirlər şəhər infrastrukturunu da inkişaf etdirir".
V.Korpenko Bakıya heyran qaldığını deyib: "Bakı gözəl şəhərdir. İnsanlar ünsiyyətcildirlər. Milli təamlarınız, xüsusilə də kabablar çox xoşumuza gəldi".Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.