...

İtalyan turist: "Bakıda "Formula 1" gözlədiyimizdən də yüksək səviyyədə təşkil edilib"

Cəmiyyət Materials 18 İyun 2016 11:49 (UTC +04:00)
"Bakıda "Formula 1" Avropa Qran Prisi gözlədiyimizdən də yüksək səviyyədə təşkil edilib".
İtalyan turist: "Bakıda "Formula 1" gözlədiyimizdən də yüksək səviyyədə təşkil edilib"

Bakı. Elçin Mehdiyev – Trend:

"Bakıda "Formula 1" Avropa Qran Prisi gözlədiyimizdən də yüksək səviyyədə təşkil edilib".

Bunu Trend-ə İtaliyadan yarışı izləməyə gəlmiş Qabriel Marsetiç deyib.

O, Bakının gözəl şəhər olduğunu bildirib: "Hələ şəhəri gəzmək üçün kifayət qədər vaxtımız olmayıb, ancaq ilk baxışdan Bakını çox bəyəndik. Bakı həm də çox təhlükəsiz şəhərdir. Burada özümüzü çox rahat hiss edirik. Yarışmadan sonra təbii ki, Bakını gəzmək, Azərbaycanın milli mətbəx nümunələrinin dadına baxmaq istəyirik".

"Williams"ın rəhbərinin müavini: Formula 1 təşkilatçıları Bakıda fantastik işlər görüblər

"Williams"ın rəhbərinin müavini: Formula 1 təşkilatçıları Bakıda fantastik işlər görüblər

İtalyan qonaq hesab edir ki, "Formula 1" yarışması Azərbaycan üçün çox əhəmiyyətlidir: "Bu cür yarışlar ölkələri çox tanıdır, çünki dünyada milyonlarla insan bu yarışmanı izləyir. Bakıda keçirilən yarış iştirakçılarının hər birinə uğurlar arzulayıram".

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti