...

"Williams"ın rəhbərinin müavini: Formula 1 təşkilatçıları Bakıda fantastik işlər görüblər

Cəmiyyət Materials 18 İyun 2016 09:56 (UTC +04:00)
Formula 1 Avropa Qran-Prisi təşkilatçıları Bakıda fantastik işlər görüblər.
"Williams"ın rəhbərinin müavini: Formula 1 təşkilatçıları Bakıda fantastik işlər görüblər

Bakı. Maksim Tsurkov - Trend:

Formula 1 Avropa Qran-Prisi təşkilatçıları Bakıda fantastik işlər görüblər. Bunu yarışın ilk günü başa çatdıqdan sonra mətbuat konfransında "Williams" komandasının rəhbərinin müavini Kler Uilyams deyib.

K.Uilyams qeyd edib: "Biz idman komandasıyıq və bura yarışmağa gəlmişik. Bizim üçün bu təqvimdə daha bir yarışdır. Təşkilatçılar fantastik iş görüblər, bütün lazimi obyektləri tikiblər. Ümid edirik ki, bazar günü əla yarış olacaq".

Qeyd edək ki, ötən gün Bakıda Formula 1 üzrə dünya çempionatının 8-ci – Avropa Qran-pri yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti