...

Avstraliyalı turist: "Bakıda Formula 1-dən möhtəşəm şou gözləyirik"

Cəmiyyət Materials 19 İyun 2016 06:40 (UTC +04:00)
Bakıda Formula 1-dən möhtəşəm şou gözləyirik.
Avstraliyalı turist: "Bakıda Formula 1-dən möhtəşəm şou gözləyirik"

Bakı. Anaxanım Hidayətova- Trend:

Bakıda Formula 1-dən möhtəşəm şou gözləyirik.

Bunu Trend-ə Bakıya yarışı izləməyə gələn avstraliyalı turist Viktoriya Vesiqolf deyib.

Onun sözlərinə görə, Bakı çox gözəl şəhərdir: "Şəhər təmizdir, insanlar isə ünsiyyətcildir. Burada hər şey xoşumuza gəlir".

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti