Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara evlər tikiləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara evlər tikiləcək

Bakı. Trend:

“Respublikamızda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Lakin ötən ilə qədər həmin müəssisələri tərk etmiş məzunların müvafiq yaşayış yeri ilə təminatında bir sıra problemlər var idi. Bu məqsədlə Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli “Məzun evi” inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verildi. Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulub”.

Trend xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial Həyat” jurnalında dərc olunan “Azərbaycan Respublikasında sosial inteqrasiya” adlı məqaləsində vurğulayıb.

Nazir bildirib ki, məzunlar burada yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventar, kommunal xidmətlərlə təmin olunublar: “Ürək açan məqam ondan ibarətdir ki, internat məktəblərinin məzunları bununla da bir sıra sosial-məişət qayğılarından azad ediliblər. Hətta, cari ilin fevral ayında mənzillə təmin olunmuş iki gənc nikaha daxil olaraq ailə qurub. Müəssisədə yaşayan 35 məzun artıq yaşadıqları müəssəsədə işlə təmin olunublar. Hazırda gündəlikdə duran məsələlərdən biri də "Məzun evi"ndə yaşayan digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə, o cümlədən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb etməkdir”.

S.Müslümov sonra vurğulayıb ki, ölkəmizdə ildən-ilə güclənən sosial siyasətin mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmış insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır. Son 2 il ərzində burada yaşayanlardan 14 nəfəri öz ailələrinə verilmişdir. 2015-ci ildə 13679 nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilib.

Nazir penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial inteqrasiyası məsələlərinə də toxunaraq nəzərə çatdırıb ki, həmin kateqoriyadan olan şəxslərin sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası məqsədilə hazırda Qobustan rayonu ərazisində 50 yerlik Sosial Adaptasiya Mərkəzinin inşası başa çatdırılmaqdadır. Mərkəz müəyyən yaşayış yeri olmayan şəxslərin yaşayış yeri ilə təmin edilməsi, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və digər məsələlərlə bağlı işləri dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirəcəkdir. Mərkəzin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur: “2015-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 152 nəfər şəxs üçün azad etmədən əvvəlki 3 ay ərzində həmin müəssisələrdə peşə hazırlığı kursları təşkil olunub, eləcə də cəzasını çəkib azadlığa çıxmış 5823 şəxsin hər birinə ilkin tələbatlarını ödəmək üçün minimum əmək haqqının 4 misli məbləğində müavinət ödənilib”.

S.Müslümov insan alveri qurbanlarının sosial inteqrasiyası məsələlərinin də diqqət mərkəzində olduğunu qeyd edib: “ İnsan alveri ilə mübarizə standartlarının yüksəlməsi, o cümlədən qarşıda duran məqsədlərə nail olunmasında müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının peşəkarlığının, qurbanlara göstərilən dövlət dəstəyinin artması, müvafiq sahədə infrastrukturun və texniki təminatın güclənməsi ilə səciyyəvidir. Bunun nəticəsi olaraq son illərdə insan alverinin potensial qurbanlarının sayı əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə azalıb. 2015-ci ildə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə 77 müraciət daxil olub ki, Mərkəz tərəfindən həmin şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin edilmiş, onlara tibbi, psixoloji və digər sahələrdə, habelə onların sosial reabilitasiyaslarına, cəmiyyətdə reinteqrasiyalarına, normal həyat tərzinə qaytarılmalarına köməklik göstərilib”.

S.Müslümov bildirib ki, ölkə üzrə əhalinin sosial xidmətlərə olan ehtiyacları müəyyən edilmiş və buna uyğun olaraq sosial xidmət sahəsində prioritet layihələr müəyyənləşdirilmişdir. UNİCEF-lə birgə əməkdaşlıq çərçivəsində sosial xidmətlərin vahid monitorinq sisteminin yaradılması planlaşdırılır. Nazirlik tərəfindən əhaliyə göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması məqsədilə cari ildə BMT-nin Uşaq Fondunun texniki dəstəyi ilə minimum standartların, monitorinq və qiymətləndirmə meyarlarının hazırlanması işinə başlanılıb. Çətin həyat şəraitində olan şəxslərin sosial inteqrasiyasının təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və institutsional mexanizmlərin təkmilləşdirilməsi və keyfiyyətli sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması məqsədilə Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vyana şəhəri İşçi Nümayəndəliyi tərəfindən birgə ikiillik (01 iyun 2015 - 31 may 2017) “Sosial xidmət təminatının inkişafı” Tvinninq layihəsi həyata keçirilir: “Hazırda Bütün Avropada geniş müzakirə olunan sosial inteqrasiya məsələlərinin həlli üçün müxtəlif ölkələrdə fərqli yanaşmalar olsa da, ümumi yanaşma bundan ibarətdir ki, hökumətlər öz ölkələrinin əhalisi üçün elə bir şərait formalaşdırmağa çalışmalıdırlar ki, bu şərait daxilində hər bir fərd həm cəmiyyətin sosial həyatına fəal şəkildə qoşulsun, həm də mövcud ictimai norma və dəyərləri rahat qavraya bilsin. Məhz bu şəraiti təmin etmək istiqamətində Azərbaycan Respublikasında həyata keçirilən siyasət bütün məzmunu və forması ilə sosial inteqrasiyanı təmin etməyə yönəlib”.

Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib
Zaqatalada yaşayış binasında yanğın olub
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 377 mini keçib
ANAMA 31 ədəd mina və partlamamış hərbi sursatı zərərsizləşdirib (FOTO)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar (FOTO/VİDEO)
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb (FOTO/VİDEO)
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb
“Virtual təhsilə dəstək” layihəsinə start verilib
Azərbaycanda benzin istehsalı artıb
İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır
Noyabrın 24-də manatın dollara qarşı məzənnəsi
Bizə güclü ordu barədə nağıl danışırdılar - Erməni biznesmen (VİDEO)
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
Dillər Universiteti Fransa səfirliyi ilə birgə keçirəcəyi konfransı təxirə salıb
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri (MÜSAHİBƏ)
Müharibə bitsə də, Ermənistan hərbçiləri acınacaqlı vəziyyətdədir (VİDEO)
"Azəriqaz" Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin qaz borcuna güzəşt edəcək
"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib
“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında müqavilə imzalanıb
Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edildi
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
Seyran Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir
Vergi Məcəlləsində dəyişiklik edilib
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
AQTA sahibkarlara və istehlakçılara müraciət etdi
İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı (ÖZƏL)
Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib
Yağıntılı hava pambıq yığımına ciddi təsir etməyib - Nazirlik
Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişiklik edilib
KOBİA-nın səlahiyyəti artırılıb
Yaşayış yerini tərk edən “COVİD-19” xəstəsi barədə araşdırma aparılır
Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər
Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib
Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? - Erməni etirazçı
Ermənistan Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
İranda koronavirusdan ölənlərin sayı 45 mini keçib
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
İlahiyyat İnstitutunda Birdəfəlik dissertasiya şurası yaradılıb
Paşinyan mühafizəçilərinin sayını 4 dəfə artırıb, görüşlərə gizlin gedir: bundan o tərəfi varmı? - Şərh
Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin icrasına start verilib (FOTO)
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz edir (VİDEO)
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında əsasnamədə dəyişiklik edilib
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib
8 kiloqrama yaxın heroin ələ keçirildi (FOTO/VİDEO)
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək
Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)
Ermənistandan tələb ediləcək kompensasiyanın məbləği kifayət qədər böyük olacaq - Deputat
Sabah hava yağmursuz keçəcək
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
Azad olunmuş ərazilərdə 2000-dək ağac əkilib, növbəti aksiya Qubadlı və Cəbrayılda keçiriləcək - Nazir müavini (ÖZƏL)
Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib
İşğaldan azad olunmuş ərazilərin post-konflikt dövründə bərpa prosesi
Müəllim, şagird, valideynlər üçün onlayn “Psixoloq saatı" fəaliyyətə başlayıb
Bir çox əcnəbi məhkum karantinə əməl edilməklə ölkəsinə təhvil verilib
Ədliyyə strukturlarında koronavirusla bağlı preventiv işlər gücləndirilib - Nazir
Paytaxtda mövsümi ağacəkmələr aparılır (FOTO)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
Beynəlxalq təşkilatlar ermənilərin əsirlərə qarşı vəhşiliklərinə susurlar - Deputat
Yuxularımda Ağdamı o qədər görmüşəm ki - Nəzakət Teymurova
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
Goranboyda polisə müqavimət göstərən şəxs saxlanıldı
Azad olunan ərazilərimizdəki dəhşətli mənzərə erməni vəhşiliyinin daha bir bariz nümunəsidir - Deputat
“AzerGold” istiqrazlarının ikinci tranşı üzrə hərrac keçiriləcək
Bütün xəbərlər