...

Xəbərdarlıq: Temperatur 3-6° aşağı enəcək

Cəmiyyət Materials 21 İyul 2016 12:53 (UTC +04:00)

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 22-də Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq.

Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

İyulun 22-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6° aşağı enəcək.

İyulun 22-23-də Abşeron yarımadasında güclü küləyin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, xəzri küləyi fonunda havanın temperaturunun tədricən enməsi müsbət amildir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42°isti, dağlarda gecə 17-22° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

İyulun 22-si axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 22-23-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti