...

ƏƏSMN: Bu il 730 nəfərədək əlil istirahətə göndərilib (FOTO)

Cəmiyyət Materials 1 Avqust 2016 12:17 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bir qrup əlil şəxsi istirahət və sağlamlıq mərkəzinə göndərib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ildə nazirlik tərəfindən istirahətə göndərilən əlillərin sayı 730 nəfərə çatıb.

ƏƏSMN tərəfindən 32 nəfər əlil şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb.

Əlillərin yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əksini tapan tədbirlərdən biri də həmin insanların yaz-yay mövsümündə istirahətinin təşkilidir: “Proqrama əsasən, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000 nəfərdən çox əlil şəxsin istirahətə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 730 nəfərinin Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub”.

Qeyd olunub ki, əlillərin maddi təminatlarının gücləndirilməsi, sosial müavinət və pensiyalarla təminatı yönündə görülən işlərlə bərabər, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün kompleks tibbi-sosial reabilitasiya tədbirləri də davam etdirilir. Cari ilin birinci yarımilində nazirliyin xətti ilə 11 minədək əlil şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin bu il 70 nəfər əlilliyi olan şəxsin, valideynlərindən biri ilə bərabər 34 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicə kursu keçmələri təmin olunub.

İstirahətə göndərilən əlillər onların sosial müdafiəsinin gücləndirilməsinə, habelə mənalı istirahətlərinin təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əlillərin istirahətə göndərilməsi
(2016-cı il)

01 iyuna qədər -255 nəfər (180-Lənkəran, 75 Xaçmaz)

08 iyun-45 -Lənkəran
09 iyun 45 -lənkəran
11 iyun-74 -Xaçmaz
14 iyun-40 -Şəki
21 iyun -76 -Xaçmaz
28 iyun-30-Şəki

01 iyul-72-Xaçmaz
09 iyul-30-Şəki
20 iyul-30-Şəki

01 avqust-32-Şəki
Cəmi 729

Məqalədə:
Xəbər lenti

Xəbər lenti