...

Tovuzda 12 nəfər qurban ətindən zəhərlənib - təfərrüatlar

Cəmiyyət Materials 2 Avqust 2016 14:37 (UTC +04:00)
Avqustun 1-də Tovuz rayonunun Azaflı kəndində qurban ətindən zəhərlənmə ilə bağlı 7 nəfər hələ də xəstəxanada müalicə alır.
Tovuzda 12 nəfər qurban ətindən zəhərlənib - təfərrüatlar

Bakı. Samir Əli - Trend:

Avqustun 1-də Tovuz rayonunun Azaflı kəndində qurban ətindən zəhərlənmə ilə bağlı 7 nəfər hələ də xəstəxanada müalicə alır.

Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, həmin gün zəhərlənmə ilə bağlı 12 nəfər xəstəxanaya gətirilib. Onlardan 5-ə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb, 7 xəstə isə xəstəxananın infeksiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada müalicə olunanların vəziyyətləri orta-ağır, stabil qiymətləndirilir.

Xəstəxanadan bildiriblər ki, zəhərlənmə hadisəsi Azaflı kəndində Musayevlər ailəsinin qurban kəsdiyi heyvanın ətindən baş verib. Ailə qurban ətindən qonşulara da paylayıb. Əti yeyən ailə üzvləri və qonşular zəhərləniblər. Hazırda qurban kəsən ailənin 4 üzvü xəstəxanadadır.

1994-cü il təvəllüdlü Musayeva Lalə Nizami qızı, 2013-cü il təvəllüdlü Abdullayev Ömər Qabil oğlu, 1981-ci il təvəllüdlü Həsənova Samirə Məhəmmədəli qızı, 1995-ci il təvəllüdlü Musayev Rövşən Nizami oğlu, 1996-cı il təvəllüdlü Hüseynov Hikmət Mehman oğlu, 1975-ci il təvəllüdlü Əhmədova Zərifə Valeh qızı hazırda srasionar müalicə alırlar. Müalicə alanlardan 1994-cü il təvəllüdlü Musayeva Lalə Nizami qızının mədəsində kəskin ağrılar olduğundan onun vəziyyəti ağır qiymətləndirilir. Digər xəstələrin vəziyyəti artıq stabilləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti