...

Əcaib məxluqun peyda olduğu deyilən məktəbin direktoru danışdı

Cəmiyyət Materials 2 Avqust 2016 16:28 (UTC +04:00)
Bakının Yasamal rayounndakı 286 saylı orta məktəbin direktoru məktəbdə guya əcaib məxluqun peyda olması barədə yayılan məlumatlara münasibət bildirib.
Əcaib məxluqun peyda olduğu deyilən məktəbin direktoru danışdı

Bakı. Samir Əli - Trend:

Bakının Yasamal rayoundakı 286 saylı orta məktəbin direktoru məktəbdə guya əcaib məxluqun peyda olması barədə yayılan məlumatlara münasibət bildirib.

Məktəbin direktoru Samir Mehdizadə Trend-ə açıqlamasında yayılan məlumatları cəfəngiyyat adlandırıb və məktəbdə belə bir hadisənin baş vermədiyini bildirib: "Məktəbdə yıxıldığı deyilən mühafizəçi 4 aydır ki, məktəbimizdə işdən çıxıb. O, artıq məktəbdə işləmir. Nə məktəbdə ruh var, nə də həmin mühafizəçini kimsə yıxıb. Yayılanlar həqiqətə uyğun deyil".

Qeyd edək ki, 286 saylı orta məktəbdə məktəbin mühafizəçisinin gecə saatlarında ruhun hücumuna məruz qalması barədə məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti