...

Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu

Cəmiyyət Materials 11 Avqust 2016 15:04 (UTC +04:00)
"Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu" mövzusunda konfrans keçiriləcək.
Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu

Bakı. Trend:

"Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu" mövzusunda konfrans keçiriləcək.

Trend-in məlumatına görə, avqustun 15-də saat 15:00-da Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Talassemiya Federasiyasının tәşәbbüsü, Azərbaycan Qan Donorları Assosiasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə "Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu" mövzusunda konfrans keçiriləcək.

Azərbaycan Talassemiya Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd qan donorluğunun inkişafına diqqətin cəlb edilməsi və talassemiya haqda ətraflı məlumatın verilməsi, eləcə də KİV nümayəndələrinə qan donorluğunun inkişafına verdikləri töhfəyə görə minnətdarlığımızı bildirməkdir.

Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Belə ki, qeyd olunan dəyirmi masadan sonra çox saylı Dövlət və Kommersiya təşkilatları qan vermə aksiyalarına qoşulmuşdur. Məlumdur ki, hal-hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və bu pasiyentlərin həyatı kütləvi keçirilən qanvermə aksiyalarından asılıdır.

Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Federasiyası donorluq mədəniyyətini, xüsusilə də korporativ donorluq ideyalarını geniş təbliğ edən ictimai təşkilatdır. Korporativ donorluq təşkilatda sosial məsuliyyətin formalaşmasına və güclənməsinə, korporativ mədəniyyətin inkişafına xidmət edir. Qan donorluğunun irəlilədilməsi məqsədi ilə Azərbaycan Talassemiya Federasiyası, Mərkəzi Qan Bankı və Qan donorları Assosiasiyası müxtəlif tədbirlər keçirir.

İnformasiya dəstəyi Trend.az, Day.Аz, Milli.Аz

Məqalədə:
Xəbər lenti

Xəbər lenti