...

ETSN: Hövsan qəsəbəsində çirkab sular Xəzər dənizinə axıdılır

Cəmiyyət Materials 13 Avqust 2016 14:31 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN: Hövsan qəsəbəsində çirkab sular Xəzər dənizinə axıdılır

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Trend Nazirliyə istinadən xəbər verir ki, araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab suların birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal idarəsinə icrası məcburi olan “Məcburi göstəriş” verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti